Yasamal rayonunda Narkomaniyaya qarşı maarifləndirici tamaşa göstərilib

21-09-2023, 18:39

Yasamal rayonunda Narkomaniyaya qarşı maarifləndirici tamaşa göstərilib

Yasamal rayonunda Narkomaniyaya qarşı maarifləndirici tamaşa göstərilib

QHT-lərə Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə «Miqrasiya Sahəsinin
İnkişafı» İctimai Birliyi tərəfindən icra edilən «Narkomaniya və tütündən istifadəyə qarşı mübarizə ilə bağlı maarifləndirmə tədbirləri» layihəsi çərçivəsində, 2
saylı Bakı Baza Tibb Kollecində Bakı Uşaq və Gənclər Teatrının təqdimatında «Həyatla Oyun» tamaşası göstərilib.
Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərimizin xatirəsinə bir dəqiqəlik sükutla başlayan tədbirdə çıxış edən layihə rəhbəri Vidadi Fətullayev, 2019-2024-cü illəri əhatə edən Dövlət Proqramı,bu sahədə ölkəmizdə hüquq-mühafizə orqanları və müvafiq dövlət qurumları tərəfindən görülən işlər, 102 və 802 qaynar xəttləri haqqında məlumat verdi, narkomaniya və tütündən istifadəyə qarşı mübarizə və maarifləndirmə işlərində dövlət qurumları ilə yanaşı ictimaiyyətin də fəal rol almasının vacib olduğunu qeyd etdi və gəncləri narkomaniya bəlasına və zərərli vərdişlərə qarşı birlikdə mübarizə aparmağa çağırdı. Tədbirdə çıxış edən Yasamal rayon İcra Hakimiyyətinin azyaşlılarla iş üzrə şöbəsinin məsul işçisi Emin Babayev dövlətimizin gənclərə qayğısından, Yasamal rayonu ərazisində gənclər arasında narkomaniyaya qarşı həyata keçirilən maarifləndirmə tədbirlərindən və onların əhəmiyyətindən danışdı və tələbələrə uğurlar arzuladı.Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının İşçi Qrupunun məsul əməkdaşı Şahin İsmayılov, təmsil etdiyi qurumun fəaliyyəti, narkotik vasitələrin insan sağlamlığına zərərləri barədə məlumat verdi və maarifləndirici tamaşanı hazırlayan teatrın yaradıcı heyətinə təşəkkürlərini bildirdi.
Maarifləndirici buklet və kitabçaların paylandığı tədbirin davamında, aktyorların yüksək peşəkarlıqla təqdim etdiyi tamaşa tədbir iştirakçıları tərəfindən böyük maraqla və alqışlarla qarşılandı.

Vidadi Fətullayev
«Miqrasiya Sahəsinin İnkişafı» ictimai birliyinin sədri







Facebook'da Paylaş