2 saylı Tibb Kollecində tədbir keçirilib.

30-11-2022, 17:57

2 saylı Tibb Kollecində tədbir keçirilib.

2 saylı Tibb Kollecində Narkomaniya və zərərli vərdişlərə qarşı tədbir keçirilib.

Ordum.az-a daxil olan məlumata görə, "Miqrasiya Sahəsinin İnkişafı" İctimai Birliyi tərəfindən, QHT-lərə Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə icra edilən layihə çərçivəsində, 2saylı Bakı Baza Tibb Kollecində maarifləndirmə tədbiri keçirilib.
Layihə rəhbəri Vidadi Fətullayev çıxışında, Azərbaycan Prezidentinin imzaladığı və 2019-2024-cü illəri əhatə edən Dövlət Proqramı haqqında
məlumat verdi, narkomaniya və zərərli vərdişlərə qarşı mübarizə və maarifləndirmə işlərində dövlət qurumları ilə yanaşı ictimaiyyətin də fəal rol almasının vacib olduğunu qeyd etdi və gəncləri, Azərbaycan Prezidenti Cənab İlham Əliyevin bu il Gənclər Günündə verdiyi dəyərli tövsiyyələrə əməl etməyə, narkomaniya bəlasına və zərərli vərdişlərə qarşı birlikdə mübarizə aparmağa çağırdı.

Bakı Narkoloji Mərkəzinin psixoloq-həkimi Günay Babayeva, slaydlarla "Narkotik asılılığın psixoloji təsirləri" barədə ətraflı
çıxış etdi və tələbələri maraqlandıran çoxsaylı sualları cavablandırdı.
Maarifləndirici buklet və kitabçaların paylandığı tədbirdə çıxış edən Kollec müəllimləri və tələbələr, mövzu barədə fikirlərini bildirdilər və tədbirin təşkilatçılarına minnətdarlıqlarını bildirdilər.



Vidadi Fətullayev
"Miqrasiya Sahəsinin İnkişafı"ictimai birliyinin sədri




Facebook'da Paylaş