Deputatdan uşaqpulu ilə açıqlama:
Deputatdan uşaqpulu ilə bağlı açıqlama: "Hökumət yüz ölçüb, bir biçir"Parlamentin növbəti plenar iclasında uşaq pulu məsələsi də müzakirə olunub. Deputat- Fəzail Ağamalı bildirib ki, iki nəfərlik ailəyə sosial yardım düşmür: “O ailəyə sosial yardım düşür ki, orda ata və anadan başqa, iki uşaq da olur.”
Ümumiyyətlə, uşaq pulu məsələsi uzun müddətdir ki, Azərbaycan cəmiyyətində müzakirə olunur. Azərbaycanda uşaq pulunun ödənilməsi SSRİ dövründən mövcuddur. Sonralar isə müəyyən dəyişikliklər edildi və mövcud sistem ləğv olundu. Beləliklə, 2006-cı ildən indiyədək aztəminatlı ailələrdə böyüyən uşaqlar sosial müavinət almaqdan məhrum edildi. Bəs uşaqlı ailələrə yardım yaxud layihə təqdim ediləcəkmi? Bununla bağlı deputat, iqtisadçı, alim Rüfət Quliyevin fikirlərini öyrəndik. O
nun sözlərinə görə, hökumət üzvləri deyirlər ki, bu gün sosial layihəni mövcud formada keçirmək insanların marağına daha çox səbəb olur: “Təbii ki, uşaq pulu vermək üçün müəyyən vəsaitə ehtiyac var. Bu miqdar təxminən 3 milyarddan- 5 milyarda qədər olmalıdır. Bu pul sosial kömək və ya sosial layihə formasında aztəminatlı insanlara kömək olur. Uşağı olan ailələr bu formada maliyyə ilə təmin olunurlar. Büdcə tərtib olunanda hər bir məsələ araşdırılır, yüz ölçüb, bir biçilir.”
Deputat qeyd edib ki, hökumət imkan daxilində ata bildiyi addımıları atacaq:
“Hökumətin məsələyə münasibəti bundan ibarətdir ki, yalnız uşaq pulu deyil, ondan daha artığı sosial təminat formasında ödəniləcək.”
Səbinə Elmanqızı Bakı Dövlət Universitetinin
Jurnalistika fakültəsinin tələbəsi
Facebook'da Paylaş