Molla rejimi azərbaycanlılara qarşı düşmən mövqedədir...

11-11-2022, 21:49

Molla rejimi azərbaycanlılara  qarşı düşmən mövqedədir...

Molla rejimi azərbaycanlılara
qarşı düşmən mövqedədir...


Milli azadlıq hərəkatının 77-ci ilində

Dünyada dövr edən hazırkı siyasi ovqat heç də ürəkaçan nəticə vermir. Azərbaycana qarşı düşmən mövqedə duranlar bu dəyişən situasiyada ən çox məğlubiyyət acısı dadanlardır. Məsələn, İranın ermənipərəst mövqeyi onu ölkəmizin inkişafını istəməyən ovqatda göstərir. Atalarımız demişkən: “Su səhəngi suda sınar”. Bu mənada, İranda vəziyyət daha da gərginləşir. Aksiyaların miqyası durmadan genişlənir. Zahidan, Xaş, Gilan, Lahican, Rəşt, Tehran, Kərəc, Təbriz, Ərdəbil və başqa şəhərlərdə camaat küçələrə, meydanlara axışır, Xameneinin şəkillərini yandırır, "Xameneiyə ölüm!” şüarları səsləndirirlər.
Kərəc şəhərində keçirilən aksiyaya molla rejimi maneələr törətmək istəyib, ancaq bu aksiya qarşıdurma ilə nəticələnib. Molla rejimi silaha əl atıb, nəticədə 17 yaşlı gənc güllələnib. Bu, İranın hazırkı dönəmdə necə çirkin siyasət yürütdüyünə aşkar bir nümunədir. Ümumiyyətlə, molla rejiminin apardığı yarıtmaz siyasət oradakı Azərbaycan türklərinə qarşı həmişə kəskin olub. Bu rejimin ikitirəli münasibəti cənubda yaşayan azərbaycanlıları qane etməyib. Üstəlik, onlar zaman-zaman bütün hüquqlarından məhrum ediliblər. Baxmayaraq ki, dəfələrlə söz verilib ki, Azərbaycan türklərinə öz ana dillərində məktəb açılacaq, onlar öz ana dillərində təhsil alacaqlar, əksinə olub. Azərbaycanlılar din pərdəsi altında sıxışdırılıb, təəssüf ki, bu siyasət hazırda da davam etdirilir.
İrandakı rejimə və bu qaragüruh addımı dəstəkləyənlərə xatırlatmaq istəyirik ki, Güneydə yaşayan soydaşlarımıza qarşı nə qədər amansız olsalar da, 35 milyondan çox soydaşımızın ürəyindən Azərbaycan sevgisini silə bilməyəcəklər. Onlar birdəfəlik bilməlidirlər ki, oradakı Azərbaycan türkləri özləri öz müqəddəratlarını həll etmək iqtidarındadırlar və bu hüquqa malikdirlər. Şübhəsiz, hər kəs bir gün bunu anlayacaq və görəcək.
Bizi tez-tez bir məsələ düşünməyə məcbur edir: Görəsən molla rejimi azərbaycanlıların öz dillərində təhsil almaq istəyindən, bir olmaq cəhdindən nə üçün bu qədər narahatlıq keçirir? Məlumdur, onlar yaxşı blilrlər ki, Arazın o tayı da, bu tayı da Azərbaycandır və Azərbaycan 30 il əvvəlki Azərbaycan deyil... Ən əsası, möhtərəm Prezidentimiz, Ali Baş Komandan İlham Əliyevin apardığı uğurlu siyasət nəticəsində ölkəmiz çox güclü dövlətlər arasında özünə məxsus yerdə dayanır... Belə görünür ki, molla rejimi Azərbaycanın sürətlə inkişafından, dövlət quruculuğundan ciddi narahatdır. Tarix də bunu təlqin edir.
Bu rejimin ermənilərə qucaq açması da bir çox gizli mətləblərdən xəbər verir. Hazırkı çirkin əməllərdən də görünür ki, 30 il Ermənistanın işğalı altında qalmış şəhər və kəndlərimizi fars-molla rejimi ilə erməni qardaşları birlikdə talayıb, viran qoyublar. Özünü dost göstərən bu rejimin ürəyində həmişə bir Ermənistan sevgisi görünüb. İşğal dövründə Azərbaycan ərazilərindən öz çirkin məqsədləri üçün istifadə edən qaraçı kökənli fars-molla rejimi eyni kökdən olan ermənilərin məscidlərmizdə donuz saxlamasına və dini abidələrimizi məhv etməsinə göz yummuş, dırnaqarası özlərini qonşularla mehriban göstərmişdir.
1945-ci il dekabrın 12-də 21 Azər hərəkatının qələbəsi ilə əlaqədar Cənubi Azərbaycan Demokrat Firqəsi fəaliyyətə başlamış, Azərbaycan Milli Məclisinin qərarı ilə Pişəvəri Milli Hökumətin Baş naziri təyin edilmişdir. Artıq həmin vaxtdan 77 il ötür. Bu gün Güney Azərbaycanda başlayan xalq hərəkatı Seyid Cəfər Pişəvəri hərəkatının davamıdır. Bu hərəkatın da əsas aparıcı simalarından biri Seyid Cəfər Pişəvərinin layiqli davamçısı doktor Mahmudəli Çöhrəqanidir.
Mahmudəli Çöhrəqani 1958-ci ildə Güney Azərbaycanın Şəbistər mahalının Çöhrəqan kəndində anadan olub. Təbriz universitetinin xarici dillər fakültəsini bitirmişdir. Sonra orada dekan müavini işləmişdir. Çohrəqani elmi dərəcə alandan sonra Milli Azadlıq hərəkatına qoşulmuş, bunun üçün işdən qovulmuşdur. Onun "Fars dilində türk sözləri" kitabı (1994) ona şöhrət qazandırmışdır.
Mahmudəli Çöhrəqani İranın federativ ölkə olması üçün çalışırdı. Təbrizdən seçilən məclis nümayəndəsi Güney Azərbaycanın hüquqlarını müdafiə etdiyi üçün həbs olunmuşdur. Həbsdən azad ediləndən sonra ABŞ-a getmiş, orada "Oyanış TV"ni yaratmışdır.

Cənubi Azərbaycan Milli Oyanış Hərəkatının lideri Mahmudəli Çöhrəqani uzun müddətdən sonra Azərbaycan televiziyalarına geniş müsahibələr verib. O, İranda son günlər gedən azadlıq hərəkatına öz dəstəyini vermiş, ABŞ Prezidenti Co Baydenin "İranlılar özləri özlərini azad edəcəklər və biz də prosesə dəstəyimizi göstərəcəyik" fikirinə münasibət bildirmişdir:
“Bəlkə də İranda inqilab biz dediyimizdən də tez olsun. Bu rejim çox fəsad törədib, 100 illik təhqir, həqarət, istismar yetər. Molla rejimi 70 min erməniyə Tehranda abidə qoydu, ancaq 300 min azərbaycanlı İran-İraq müharibəsində şəhid oldu, onların adlarını əbədiləşdirmək üçün heç nə etmədilər. Bu, aşkar göstərir ki, molla rejimi oradakı azərbaycanlılara qarşı düşmən mövqedədir, bu gün də öz çirkin niyyətindən əl çəkmir...Bir daha atalarımızdan sitat gətirərək deyirik: “Su səhəngi suda sınar”. Yaxud, “Almayın məzlumun ahını, çünki çıxacaq ahəstə-ahəstə”...
İranda etiraz aksiyalarının 56-cı günüdür. Güneyli soydaşlarımızın verdikləri xəbərə görə 50-si uşaq olmaqla 321 molla rejiminə qarşı etirazçı hərbi-polis qüvvələri tərəfindən qətlə yetirilib. Camaat molla rejiminin dəyişməsini istəyir, ancaq molla rejimi tərəfindən ölkədə hər gün yüzlərlə etirazçı saxlanılır.
Molla rejimi isə ABŞ, İsrail və Azərbaycanı şərləyərək şantaj edir. Bununla da Tehranın daha çox hədələmə taktikasını seçdiyinin şahidi oluruq.
Öz ölkəsinin daxili problemlərini həll etməyi bacarmayan molla rejimi Azərbaycanı qorxutmaq istəyir.
Prezident, Ali Baş Komandan İlham Əliyev noyabrın 8-də Şuşada hərbiçilər qarşısında çıxışı zamanı SEPAN-ın Azərbaycanla sərhəddə keçirdiyi təlimlərə və bu ölkə rəsmilərinin hədələyici çıxışlarına cavab verib:
"İndiki Azərbaycan Ordusu iki il bundan əvvəlki Azərbaycan Ordusundan daha güclüdür. Bunu hər kəs bilməlidir, Ermənistan və hər kəs!.. Çünki yenə də deyirəm, mən heç vaxt müqayisə aparmaq istəmirəm, - amma indi dünyada heç nəyi gizlətmək mümkün deyil, hər şey göz qabağındadır, - bir çox ölkələr daxili problemlərin içində çabalayır, bir çox ölkələrdə daxili böhran hökm sürür, qarşılıqlı inamsızlıq, ictimai asayişin pozulması, xalq-iqtidar arasındakı uçurum...”
Prezident bu çıxışı ilə molla rejiminə və Ermənistandakı son hadisələrə münasibətini bildirib.

Hüseyn İsaoğlu
(Məmmədov) Yazıçı,
Azərbaycan Jurnalistlər
Birliyinin üzvü




Facebook'da Paylaş