"Azərbaycan-Türk Xalqları Qardaşlığı İctimai Birliyi"nin təbriki

26-10-2022, 12:51


"Azərbaycan-Türk Xalqları Qardaşlığı İctimai Birliyi"nin təbriki

Uzun illərdən bəri Azərbaycan elminin inkişafında məbəd rolunu oynayan Azərbaycan Milli Elmlər Akademiyası bu gün də öz dəyər və nüfuzunu qoruyub saxlamaqdadır. Akademik İsa Həbibbəylinin neçə-neçə elm adamının, tədqiqatçı və alimlər nəslinin yetişməsində danılmaz rolu olan Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti vəzifəsinə seçilməsi xəbəri elmi ictimaiyyətlə yanaşı, bir ictimai birlik olaraq bizləri də sevindirdi. Çünki İsa müəllim öz elmi potensialı ilə bərabər vətənpərvərliyi, soy-kökümüzə və milli-mənəvi dəyərlərimizə bağlılığı ilə təkcə ölkəmizdə deyil, bütövlükdə türk dünyasında böyük nüfuza malik olan elm xadimi, fəal ictimaiyyətçidir. Onun Azərbaycan və qardaş türk xalqları arasında elmi-mədəni və ictimai əlaqələrin genişlənməsində rolu danılmazdır. İnanırıq ki, İsa müəllim Azərbaycan Milli Elmlər Akademiyasının xalqımızın elmi həyatında nüfuzunu daha da gücləndirəcək, bu böyük elm ocağında yeni və mütərəqqi islahatlar həyara keçirməklə Azərbaycan elminə bundan sonra da öz dəyərli töhfələrini verəcəkdir.
Azərbaycan-Türk Xalqları Qardaşlığı İctimai Birliyinin rəhbərliyi və kollektivi adından dəyərli akademiki təbrik edir, ona can sağlığı, bu məsuliyyətli işdə uğurlar arzulayırıq.


Səkinə Bayramova
Azərbaycan-Türk Xalqları Qardaşlığı İctimai Birliyinin sədri, filologiya üzrə fəlsəfə doktoru,

Yeganə Qəhrəmanova
Azərbaycan-Türk Xalqları Qardaşlığı İctimai Birliyinin həmsədri, filologiya üzrə fəlsəfə doktoru, ADPU-nun dosenti,

Rasafil Bayramov
ATXQ İB-nin Mətbuat xidmətinin rəhbəri, ATATV.AZ-xəbər portalının redaktoru, "İctimai Xəbər Agentliyi"nin baş direktoru




Facebook'da Paylaş