Gənclər Davamlı İnkişaf üçün” layihəsinin ilk mərhələsinə yekun vurulub

20-06-2022, 14:20

Gənclər Davamlı İnkişaf üçün” layihəsinin ilk mərhələsinə yekun vurulub

Gənclər Davamlı İnkişaf üçün” layihəsinin ilk mərhələsinə yekun vurulub

“İrəli” İctimai Birliyinin təşkilatçılığı, Azərbaycan Gənclər Fondunun dəstəyi ilə həyata keçirilən “Gənclər Davamlı İnkişaf üçün” layihəsinin ilk mərhəsinə yekun vurulub.

Gənclər paytaxtı Tovuz rayonunda keçirilən layihə çərçivəsində respublikamızın müxtəlif regionlarını təmsil edən 30 gənc bir həftə müddətində komandanın güclü və zəif tərəflərinin müəyyən edilməsi, gənclərin ictimai həyatda iştirakçılığı, icma quruculuğu və digər mövzularda müxtəlif təlim sessiyalarında iştirak ediblər. Həmçinin layihə boyunca gənclərlə işləyən şəxslər qeyri-formal təhsil və onun prinsipləri, tədqiqat bacarıqları və regionlarda data analizi haqqında yeni məlumatlar əldərək, praktiki tapşırıqlar icra ediblər. Qeyd olunub ki, layihənin növbəti mərhələlərdə gənclər öyrəndikləri bilik və təcrübələri öz yaşadıqları regionlarda təlim və görüş formatında digər gənclərlə bölüşəcək, habelə region gəncləri arasında sorğular keçirəcəklər. Sorğulardan əldə ediləcək nəticələr vasitəsilə region gənclərinin ehtiyac və problemləri öyrənilməsi, bu istiqamətdə təklif paketinin hazırlanması nəzərdə tutulur.

Qeyd edək ki, “Gənclər Davamlı İnkişaf üçün” layihəsinin əsas məqsədi cəmiyyətdə aktiv vətəndaşlığının təmin olunması, gənclərin yumşaq bacarıqlarının gücləndirilməsi, region gənclərinin inkişafı istiqamətində təşəbbüslərin artması ilə ümumilikdə gənclər şəbəkəsinin inkişafına töhfə verməkdir. Layihə Gənclərin İnkişaf və Karyera Mərkəzi və Azərbaycan Gənc Müəllimlər Assosiasiyasının tərəfdaşlığı ilə keçirilir və ilkin olaraq 23 şəhər və rayondan ümumilikdə 15 min gəncin əhatə olunması hədəflənib.




Facebook'da Paylaş