Azərbaycanlı gənclər arasında şahmat turniri keçirilib

26-09-2021, 07:21

Azərbaycanlı gənclər arasında şahmat turniri keçirilib

Marneulidə yeniyetmə və gənclər arasında şahmat turniri keçirilib.
Gürcüstanın azərbaycanlıların yığcam yaşadıqları Marneuli rayonunda yeniyetmə və gənclər arasında şahmat turniri keçirilib.
Ordum.az Butov.az-a istinad edərək bildirir ki, bu barədə layihənin rəhbəri Emin Əhmədov məlumat verib.
Onun sözlərinə görə, hər il sentyabrın 23-dən 30-dək Gürcüstanda Avropa İdman Həftəsi keçirilir. Turnir də məhz “Avropa İdman Həftəsi -2021” çərçivəsində baş tutub.
Turnirdə 18 gənc və yeniyetmə iştirak edib.
Sonda qaliblər mükafatlandırılıblar.
Azərbaycanlı gənc idmançılar Rəvan Abdullayev I, Turan Həsənov II, Mehdi Gərəkməzli III-cü yerə layiq görülüblər.
Digər fərqlənən idmançılara da xatirə hədiyyələri təqdim olunub.




Facebook'da Paylaş