Ersin Tatar Antalyada Türk Dövlətləri Təşkilatının nümayəndə heyəti ilə görüşüb

11-03-2022, 15:17

Ersin Tatar Antalyada Türk Dövlətləri Təşkilatının nümayəndə heyəti ilə görüşüb

Antalya Diplomatiya Forumu üçün Antalyaya səfər edən Quzey Kıbrıs Türk Cümhuriyyətinin (KKTC) prezident Ersin Tatar Türk Dövlətləri Təşkilatının baş katibi Bağdad Amreyev və rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Ordum.az xəbər verir ki, nümayəndə heyətləri arasında görüş Nest Konqres və Sərgi Mərkəzində baş tutub.

Görüşdə KKTC prezidentinin rəhbərlik etdiyi heyətdə prezidentin müşaviri Okan Donangil, xüsusi təmsilçi Ergün Olgun, hüquq müşaviri Sülen Karabacak və beynəlxalq əlaqələr və diplomatiya xüsusi müşaviri Hüseyin Işısal yer alıb.




Facebook'da Paylaş