Ersin Tatar:"Kıbrıs Türk xalqı öz varlığını qorumaq üçün var gücü ilə mücadilə edir"

13-12-2021, 18:05

Ersin Tatar:"Kıbrıs Türk xalqı öz varlığını qorumaq üçün  var gücü ilə mücadilə edir"

Quzey Kıbrıs Türk Cümhuriyyətinin (KKTC) Prezidenti Ersin Tatar Birləşmiş Millətlər Təşkilatı Baş katibinin Kiprdəki xüsusi nümayəndəsi və Sülhməramlı Qüvvələrin (UNFICYP) rəhbəri Kolin Stüartla görüşüb.

Ordum.az-ın məlumatına görə, Ersin Tatar görüşdən sonra mətbuata verdiyi açıqlamada müsbət bir görüş olduğunu və qısa müddət ərzində Stüartla Kipr məsələsini yenidən gündəmə gətirdiyini bildirib.

Kıbrıs probleminin həllinin asan olmadığını qeyd edən Tatar, iki ayrı dövlətin və bərabər suverenliyin Kıbrıs Türk tərəfi üçün əhəmiyyətli olduğunu, iki xalqın yan-yana yaşayacağı iki ayrı quruluşu ehtiva edəcək bir həllin hər iki tərəfə fayda verəcəyini bildirib.

Kiprli rumların adaya yunan adası kimi baxmaması lazım olduğunu vurğulayan Tatar, keçmişdə heç bir nəticə verməyən federasiya əsaslı həll cəhdlərinə qarşı olduqlarını ifadə edib.

Prezident Tatar, KKTC-nin 1983-cü ildə qurulmasına baxmayaraq, tarixi keçmişinin daha da keçmişə getdiyini, 1963-cü ildə Kıbrıs türklərinin ortaq respublikada dövlətdən qovulduğunu, Kıbrıs Türk xalqının öz varlığını davam etdirmək üçün göstərdiyi səylərin bu gün də davam etdiyini qeyd edib.

Tatar Türkiyə və KKTC-nin suveren bərabərlik və bərabər beynəlxalq status məsələlərində mövqelərinin eyni olduğunu bildirib və BMT Təhlükəsizlik Şurasının Kipr probleminə cəlb olunmağa çalışılmasının ədalətsizlik olacağını bildirib.

Prezident Tatar Kipr rum lideri Anastasiadisin Cenevrə və Brüsseldə müzakirə masasına gətirdiyi bəzi etimad tədbirlərinin Kıbrıs türklərinin suverenliyini pozduğu üçün qəbuledilməz olduğunu qeyd edərək, bunun mümkün olmadığını bildirib.

Birləşmiş Millətlər Təşkilatı Baş Katibinin Kiprdəki xüsusi nümayəndəsi və Sülhməramlı Qüvvələrin (UNFICYP) rəhbəri Kolin Stüart isə açıqlamasında adaya yeni gəlişi ilə əlaqədar Prezident Ersin Tatar tərəfindən səmimi qarşılandığını bildirib. Kiprdə iki tərəf arasında quruculuq işləri aparmaq istədiyini qeyd edib.

Bu gün Ersin Tatarla keçirdiyi görüşü "əla" adlandıran Stüart prezidentin fikirlərini dinləməsinin zəruri olduğunu qeyd edib.




Facebook'da Paylaş