Ersin Tatar:"Kipr türk xalqının Türkiyənin zəmanətçilyindən əl çəkməsi mümkün deyil"

22-11-2021, 15:40

 Ersin Tatar:"Kipr türk xalqının Türkiyənin zəmanətçilyindən əl çəkməsi mümkün deyil"

"Ana vətən Türkiyə 1960-cı ildən bəri dəfələrlə bəyan edib ki, beynəlxalq müqavilələrdən irəli gələn zəmanət hüququndan əl çəkməyəcək. Kipr türk xalqının da Türkiyənin zəmanətçilyindən əl çəkməsi mümkün deyil".
Ordum.az xəbər verir ki, bu fikirlər Şimali Kipr Türk Respublikasının prezidenti Ersin Tatarın yazılı müraciətində əksini tapıb. Dövlət başçısı qeyd edib ki, Türkiyə heç vaxt zəmanətlərin götürülməsini istəməyib.

"Kıbrıs Respublikasının qurulmasını Enosis üçün bir tramplin olaraq xarakterizə edən Rum-Yunan ikilisi, Cümhuriyyətin ilk günlərindən etibarən zəmanət müqaviləsini dəyişdirmək və Enosisə qarşı təhdid olaraq gördükləri Türkiyənin zəmanətliliyini aradan qaldırmaq üçün hərəkətə keçib və bu istiqamətdə cəhdlər edib. Həmin təşəbbüslər gündəmə gələndə Ana Vətən Türkiyə və Kıbrıs Türk xalqı buna qarşı çıxdı və Türkiyənin zəmanətinin götürülə bilməyəcəyi ifadə edildi".

Ersin Tatar deyib ki, həmin vaxtdan Yunan tərəfi Türkiyənin zəmanətinin aradan qaldırılması və türk əsgərlərinin Kiprdən çıxarılmasını tələb edir: "Bu mümkün olmayan bir xəyaldır. Ana Vətən Türkiyə və bütün Kipr Türk xalqı buna qarşıdır. Bunun son nümunəsini Krans Montanada gördük. Krans Montanada "sıfır əsgər, sıfır zəmanət" deyən Kipr Rum Administrasiyasının prezidenti Anastasiadisə lazımi cavab verildi".




Facebook'da Paylaş