Türkiyə pandemiya ilə mübarizədə 160 ölkəyə maddi yardım edib

5-01-2022, 22:04

Türkiyə pandemiya ilə mübarizədə 160 ölkəyə maddi yardım edib

Türkiyə koronavirus pandemiyasına qarşı mübarizədə dünyanın 160 ölkəsinə tibbi avadanlıq şəklində yardım göstərib.

Ordum.az xəbər verir ki, bu barədə Türkiyə Səhiyyə Nazirliyi məlumat yayıb.

Yardım edilən ölkələr sırasında əsasən, ABŞ, Almaniya, Çin Xalq Respublikası, Böyük Britaniya, İtaliya, İspaniya, Rusiya, Norveç, Nigeriya, Meksika və Somali yer alıb.

Bununla yanaşı, 14 beynəlxalq təşkilata tibbi avadanlıq və maddi yardım şəklində dəstək yönəldilib.

Maddi yardımlar Səhiyyə Nazirliyi, Milli Müdafiə Nazirliyi, Daxili İşlər Nazirliyi, Xarici İşlər Nazirliyi, Türk Əməkdaşlıq və Koordinasiya Agentliyi (TİKA), Türk Qızıl Aypara Cəmiyyəti və dərnəkləri vasitəsilə maddi yardım göstərilib.




Facebook'da Paylaş