Türk Qızıl Ay Cəmiyyəti Əfqanıstana ərzaq yardımı aparıb.

2-10-2021, 18:57

Türk Qızıl Ay Cəmiyyəti Əfqanıstana ərzaq yardımı aparıb.

Türk Qızıl Ay Cəmiyyətinin Pakistan nümayəndəliyi bu ölkədə Əfqanıstan üçün 33 ton qida yardımı tədarük edib.
AZƏRTAC Anadolu Agentliyinə istinadla xəbər verir ki, yardım karvanı Torkham gömrük-keçid məntəqəsi ilə Pakistan ərazisindən Əfqanıstana keçib. Bildirilir ki, çatdırılan ərzaq yardımı Türk Qızıl Ay Cəmiyyətinin Əfqanıstan nümayəndəliyinə və Əfqanıstan Qızıl Ay Cəmiyyətinə təslim edilib. Təqribi hesablamaya görə, bu yardımdan 16 min nəfər faydalanacaq.




Facebook'da Paylaş