SOCAR-ın Gorus-Qafan yolundakı YDM-nin açılışı olub

20-12-2021, 14:04

SOCAR-ın Gorus-Qafan yolundakı YDM-nin açılışı olub

Dövlət Neft Şirkətinin (SOCAR) Gorus-Qafan yolundakı yanacaqdoldurma məntəqəsinin (YDM) açılışı olub.

Ordum.az xəbər verir ki, məntəqə Qubadlı rayonunun Eyvazlı kəndində fəaliyyət göstərir.

Açılış mərasimində SOCAR-ın prezidenti Rövnəq Abdullayev iştirak edib. O, jurnalistlərə açıqlamasında deyib ki, YDM-də "Kapital Bank" ASC xidmət göstərir və onun vasitəsilə müştərilər istədikləri valyutada ödəniş edib yanacaq ala biləcəklər.

Bundan başqa, R.Abdullayevin sözlərinə görə, Şuşa, Ağdam və Füzulidə də yeni YDM-lərin tikintisi davam etdirilir.

"İşğaldan azad edilmiş ərazilərdə yaşayış məntəqələri əhalinin yaşamağa başlaması ilə paralel qazlaşdırılacaq", - deyə SOCAR prezidenti həmçinin əlavə edib




Facebook'da Paylaş