Şahdəniz layihəsində Rusiya şirkətinin payı artıb

7-10-2021, 21:59

Şahdəniz layihəsində Rusiya şirkətinin payı artıb

Rusiyanın “Lukoil” neft şirkəti Xəzərdki Şahdəniz qaz layihəsində “Petronas” şirkətinə məxsus 15,5 faizlik payı 2,25 milyard ABŞ dollarına satın alıb.
Bu barədə Rusiya şirkətinin özü məlumat yayıb.
Şirkət bununla bağlı müvafiq müqavilə imzaladıqlarını açıqlayıb.
Bununla da “Lukoil”in layihədəki payı 10 faizdən 25,5 faizədək artacaq. Sövdələşmənin tamamlanması üçün SOCAR ilə razılaşdırılmış əlavə şərtləri yerinə yetirmək zəruridir.
“Lukoil” şirkətinin prezidenti Vahid Ələkbərov bildirib ki, "Şahdəniz" layihəsində onların payının artması ilə hər iki ölkənin iqtisadiyyatındakı perspektivli sahələrin inkişafı daha da yüksələcək.




Facebook'da Paylaş