"Azəriqaz"ın baş direktoru Vətən müharibəsi iştirakçısı ilə görüş keçirib

6-12-2021, 17:00

"Azəriqaz"ın baş direktoru Vətən müharibəsi iştirakçısı ilə görüş keçirib

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyinin baş direktoru Ruslan Əliyev qurumun Tərtər Regional qaz istismarı İdarəsində böyük mühəndis vəzifəsində çalışan, Vətən müharibəsinin iştirakçısı, bu gün 50 yaşı tamam olan Əli İbrahimov ilə görüşüb.

Ordum.az bu barədə “Azəriqaz”a istinadən xəbər verir.

Xatırladaq ki, Ə.İbrahimov uzun illərdri ki, “Azəriqaz”da çalışır, Vətən müharibəsi başlayan gündən könüllü olaraq döyüşlərə qatılıb, Füzuli, Xocavənd, Hadrut, Şuşa istiqamətlərində gedən döyüşlərdə iştirak edib.

Görüş zamanı baş direktor Vətən müharibəsi iştirakçısının iş şəraiti ilə yaxından maraqlanaraq, bütün lazımi tədbirlərin görüləcəyini vurğulayıb. R. Əliyev "qazilərin qayğıları ilə maraqlanmaq bizim borcumuzdur,- deyə qeyd edib. Ə.İbrahimov “Azəriqaz”da faydalı işinə görə, Həmkarlar İttifaqı hərəkatında fəal iştirakına və 50 illik yubileyi münasibəti ilə Fəxri Fərman və qiymətli hədiyyə ilə mükafatlandırılıb.




Facebook'da Paylaş