Xürrəm Qafanlı: Mən demirəm rusu sevmə...
Hörmətli dostlar hər vaxtınız xeyr! Bu gün bəzi insanlarımız hələ də rus sevdasından əl çəkməyiblər. Mən demirəm rusu sevmə. Sev, özün bilərsən. Mən heç kimin işinə qarışmıram. Ancaq elə işlər var ki,o artıq ümumi işdir. Bu ağzıgöyçəklər deyir ki, Putin rəva bilməsəydi biz heç nə edə bilməzdik.
Yanılırsınız.1-ci Putin deyilmi bu illərdə erməni tulaların silahlandıran?2-ci Fizulidə tikilən bunkerləri görsəniz bu sözü deməssiniz. Hamısı rusun məhsulu, rus texnalogiyası əsasında inşa edilib.
3-cü Putin geri çəkilmədi, geri durmadı. İnanmırdı bizim qələbəmizə. Düşünürdü ki, onun verdiyi silahlarla məğlubiyyət mümkün deyil. O yenə də bizim məğlubiyyətimizi düşünürdü. Bizə tor qururdu özü dığalarla bərabər bu tora düşdü.
4-cü bu milləti yaxşı tanımayıb. Düşünmürdü ki, biz 30 ildir ki, qisas odü ilə yanırıq.
5-ci inanmırdı ki, özünün burada yerləşdirdiyi tulalar müharibə dövrü uzaqlaşdırılacaq.6-cı bizim məxvi silahımızdan, ordumuzun mütəşəkkilliyindən xalqımızın birliyindən, hamının bir yumruq kimi birləşib Vətən müharibəsinə qalxması və bütün partıyaların bir yerə yığışması onun heç ağlına da gəlmirdi. Putin indi olsaydı bir də belə səhvə yol verməzdi, ay Putin sevərlər. Bir özümüzdən, Türkiyəmizdən də danışın.
Bir daha ZƏFƏR BAYRAMIMIZ mübarək AZƏRBAYCAN!
Facebook'da Paylaş