General ermənilərin ən çox itkini hansı istiqamətdə verdiyini açıqlayıb

28-09-2021, 11:23

General ermənilərin ən çox itkini hansı istiqamətdə verdiyini açıqlayıb

“Bizim təqvimizdə artıq Zəfər Günü var. Ali Baş Komandan ölkəmizin iqtisadiyyatını gücləndirdi, orduda islahatlar apardı, Ordumuzu ən müasir silahlarla təmin etdi və zamanı gələndə “İrəli” komandası verdi. Düşmən müharibə zamanı ballistik silahlardan tutmuş digər vasitələrlə bizə zərbələr endirdi”.

Ordum.az-ın xəbərinə görə, bunu Müdafiə Nazirliyinin Kadrlar baş idarəsinin rəisi general-mayor Bəkir Orucov deyib.

Onun sözlərinə görə, düşmən fikirləşirdi ki, Aprel döyüşlərində itirdikləri torpaqları geri alacaqlar: “Ancaq onlar elə ən çox itkiləri də orada verdilər. Belə bir müharibə dünya tarixində görülməyib. Azərbaycan Ordusu öz qəhrəmanlığı ilə tarix yazıb”




Facebook'da Paylaş