Ali Baş Komandan: "Biz ədalət, ləyaqət, milli qürur və müqəddəs savaşa çıxmışdıq

27-09-2021, 10:22

Ali Baş Komandan: "Biz ədalət, ləyaqət, milli qürur və müqəddəs savaşa çıxmışdıq

"Ermənistan döyüş meydanında məğlub olunaraq yenə də çirkin əməllərə əl atdı. Mülki şəxslərə qarşı hərbi təxribat törədərək 100-dən çox şəxs erməni faşizminin qurbanı oldu. Bizim şəhər və kəndlərimiz daima atəş altında idi. Ermənistan qadağan olunan silahlardan, ağ fosforlu bombalardan, balistik raketlərdən istifadə edirdi. Ancaq heç nə bizi dayandıra bilməzdi".

Ordum.az-ın xəbərinə görə, bunu Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev 27 sentyabr - Anım Günü ilə əlaqədar xalqa müraciətində deyib.

Dövlət başçısı bildirib ki, Azərbaycan xalqı əzm, iradə, cəsarət göstərərək bütün bu təxribatlara sinə gərdi: "Bizi heç kim və heç nə dayandıra bilməzdi. Müharibə dövründə dəfələrlə Azərbaycan xalqına müraciət edərək deyirdim ki, heç kim və heç nə bizi dayandırmayacaq. Biz ədalət, ləyaqət, milli qürur və müqəddəs savaşa çıxmışdıq. Və müharibə dövründə hamımız bir şüarla yaşayırdıq: öldü var, döndü yoxdur. Azərbaycan xalqı ordumuzun arxasında möhkəm dayanaraq ordumuza əlavə güc verdi".




Facebook'da Paylaş