Türkiyə xüsusi təyinatlıları Suriyada 25 terrorçunu məhv edib

27-07-2022, 21:27

Türkiyə xüsusi təyinatlıları Suriyada 25 terrorçunu məhv edib

Türkiyə xüsusi təyinatlıları Suriyada 25 terrorçunu məhv edib.
Ordum.az xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.

Terrorçular Suriyanın şimalındakı “Fərat Qalxanı” və “Barış Pinarı” antiterror əməliyyatları zonalarında zərərsizləşdirilib.

Həmçinin PKK terrorçularının Suriya qanadının obyektlərinə kütləvi zərbələr endirilib.

Nazirlik terrorçuların hər bir türk əsgərinin ölümünə görə cavab verəcəklərini vurğulayıb.




Facebook'da Paylaş