Türkiyə ordusu son bir neçə gündə Suriyada 16 terrorçunu zərərsizləşdirib

15-10-2021, 09:13

Türkiyə ordusu son bir neçə gündə Suriyada 16 terrorçunu zərərsizləşdirib

Son bir neçə gündə “Fərat qalxanı” əməliyyatı bölgəsində YPG-nin (PKK-nın Suriya qanadı-red) 13, “Barış pınarı” əməliyyatı bölgəsində isə daha 3 terrorçusu zərərsizləşdirilib.

Ordum.az xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.

Terrorçular Türkiyə Silahlı Qüvvələrinin və Suriya müxalifətinin nəzarətində olan əraziləri atəşə tutmağa cəhd göstərərkən zərərsizləşdirilib.

Türkiyə Müdafiə Nazirliyi bölgədə terrorçulara fəal mübarizə aparmaq əzmində olduğunu vurğulayıb.




Facebook'da Paylaş