Türkiyə xüsusi təyinatlıları 15 terrorçunu zərərsizləşdirib

26-07-2022, 09:30

Türkiyə xüsusi təyinatlıları 15 terrorçunu zərərsizləşdirib

Türkiyə xüsusi təyinatlıları Suriyanın şimalında PKK/YPG-nin 15 terrorçusunu zərərsizləşdirib.

Ordum.az xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi məlumat yayıb.

Terrorçular “Barış Pinarı”, “Zeytun budağı” və “Fərat qalxanı” əməliyyatları zonalarında məhv edilib.

Zərərsizləşdirilən silahlılar arasında PKK təşkilatının iki lideri də var.




Facebook'da Paylaş