Ukrayna MN müharibənin 14-cü günündə döyüş bölgələrindəki vəziyyəti açıqlayıb

9-03-2022, 10:28

Ukrayna MN müharibənin 14-cü günündə döyüş bölgələrindəki vəziyyəti açıqlayıb

Ukraynanın şimal-qərb istiqamətində Polesye və Volınsk əməliyyat dairələrində, eləcə də Ukraynanın dövlət sərhədində yerləşən Nejin, İvanisa, Trostyanes yaşayış məntəqələrində, Çerniqov şəhərində döyüşlər davam edir.

Ordum.az xəbər verir ki, bu barədə Ukrayna Müdafiə Nazirliyi feysbuk səhifəsində məlumat yayıb.

Bildirilib ki, müdafiə qüvvələri paytaxt Kiyev şəhərindən Rusiya qoşunlarını geri oturdur. Qeyd olunub ki, cənub istiqamətində müdafiə qruplarının Ukrayna milli sərhədini, dəniz sahillərini, hava limanlarını, vacib infrastrukturlarını müdafiəsi davam edir.




Facebook'da Paylaş