Ukrayna Müdafiə Nazirliyi son durumu açıqlayıb

1-03-2022, 10:00

Ukrayna Müdafiə Nazirliyi son durumu açıqlayıb

“Düşmənin Vasilkiv və Brovarıya qarşı hava hücumu zamanı Ukrayna qırıcılarının pilotları iki Rusiya təyyarəsini vurublar".

Ordum.az xəbər verir ki, bu barədə Ukrayna Müdafiə Nazirliyinin feysbuk səhifəsində yazılıb.

“S-300 zenit-raket diviziyaları isə üç təyyarəni məhv ediblər. Beləliklə, düşmənin 5 təyyarəsi zərərsizləşdirilib. Onlar Su-30 və Su-35 təyyarələridir. Həmçinin Buk M-1 zenit-raket kompleksi Kiyev yaxınlığında düşmən helikopterini vurub.

Ukraynanın Su-25 hücum təyyarələri Kiyev və Jitomir vilayətlərində zirehli texnikaya və düşmən canlı qüvvəsinə bir neçə raket və bomba zərbəsi endirib. Bombardmançı təyyarələr də uğurla işləyib.

Hərbi Hava Qüvvələrinin Su-24m təyyarəsi Çerniqov vilayətində və Berdyansk yaxınlığında tank sütunlarına, mexanikləşdirilmiş texnikanın sütunlarına, yanacaq və sürtkü yağları olan motor karvanlarına ən azı dörd dağıdıcı bomba zərbəsi endirib. Bayraktar TB ekipajları da xüsusi fəaliyyət göstərib”, - nazirlikdən bildirilib.




Facebook'da Paylaş