Ukrayna Müdafiə Nazirliyi cəbhədəki son vəziyyəti açıqlayıb
“Bütün istiqamətlərdə uğursuzluğa düçar olan işğalçı qüvvələr gecə saatlarında iri şəhərlərin yaşayış məntəqələrini atəşə tutmaq taktikasına əl atıblar”.
Ordum.az xərbər verir ki, bu barədə Ukrayna Müdafiə Nazirliyi məlumat yayıb.
"Ukrayna Silahlı Qüvvələri müəyyən sərhədləri əzmlə müdafiə edib və müxtəlif istiqamətlərdə işğalçı qüvvələrə qarşı əks-hücum etməyə, həmçinin işğalçı qüvvələrin əngəllənməsini davam etdirib.
Volin istiqamətində dövlət sərhədi boyu düşmənin güc nümayişi davam edir. Polesye istiqamətində düşmən Kozaroviçi, Vışqorod, Fastiv, Obuxiv yaşayış məntəqələrinin ərazisində irəliləməyə cəhd göstərir. Borodyanka, Katyujanka və Qavronşina ərazilərində sahə logistika düşərgələrinin salınması qeydə alınıb.
Siver istiqamətində Rusiya işğalçıları Ukraynanın Çernigiv, Nijın, Sumı, Lebedin və Oxtırka da Ukrayna Silahlı Qüvvələri ilə toqquşmadan çəkinərək Kiyevin şimal ətraflarına girməyə çalışırlar.
Düşmənin hərbi hissələri və tağımları Barışevka, Nova Basan və Lyubeç yaşayış məntəqləri istiqamətində cəmləşib. Faktiki olaraq döyüş qabiliyyətini itirmiş Rusiya Federasiyası Silahlı Qüvvələrinin Şimal Donanmasının 200-cü, Şimal Donanmasının 14-cü hərbi birləşmələrinin bir hissəsi yenidən qruplaşdırılaraq Brovarı və Kiyev istiqamətində hücuma keçməyə çalışır.
Slobozhansk istiqamətində düşmən Zoloçiv, Xarkov və Balakleya ərazilərinə hücum əməliyyatı keçirir, Lozova istiqamətində hücumu davam etdirməyə çalışır. İşğalçı qoşun itirilmiş texnika və şəxsi heyətinin yerinin doldurulmasına ciddi ehtiyac duyur.
Donetsk istiqamətində işğalçılar artilleriya qüvvələrinin dəstəyi ilə Novı Aydar, Volnovaxa və Mariupol yaşayış məntəqələri ərazilərində hücum əməliyyatlarını davam etdirir. Düşmən Mariupolu ələ keçirmək, Donetsk və Luqansk vilayətlərinin inzibati sərhədinə çatmaq kimi əsas məqsədinə nail ola bilməyib.
Tavriya istiqamətində düşmən hücum əməliyyatı keçirmək cəhdlərindən əl çəkmir. Ehtiyat-əməliyyat hissəsini yenidən qruplaşdırdıqdan sonra onlar əsas səyləri Nikolayev - Voznesensk istiqamətində cəmləşdirib.
Qara dəniz əməliyyat bölgəsində Qara Dəniz Donanmasının qrupları mülki gəmiləri atəşə tutmağa və ukraynalı dənizçiləri əsir götürməyə davam edir.
Rusiya hərbi cinayətkarları ilk dəfə olaraq öz əsgərlərinin kütləvi ölümlərini və yaralandığını etiraf edib. Rusiya Federasiyası Müdafiə Nazirliyinin rəsmi nümayəndəsinin axşam (martın 2-də) keçirdiyi növbəti brifinqə işğalçı qüvvələrinin Ukraynadakı itkilərini açıqlayıb: 498 ölü, 1597 yaralı.
Düşmən qüvvələrinin bir hissəsi Enerqodar, Vasilevka, Tokmak, Novopetrovka yaşayış məntəqələri ərazilərində fəaliyyətini davam etdirir. Rusiya Silahlı Qüvvələrinin 49-cu ümumiqoşunun birləşmələrinin 205-ci əlahiddə motoatıcı briqadasının əməliyyatehtiyatlarının bir hissəsini yenidən qruplaşdıraraq Zaporojya və Mariupolun ətrafına girmək üçün hücumu davam etdirir.
Rusiya Silahlı Qüvvələrinin 10-cu xüsusi briqadasının taktiki hava desant qoşunlarının Balovnoye qəsəbəsi ərazisinə enməsini təmin etmək istəyən işğalçılarını kiçik desant dəstəsi məhv edilib.
Qara dəniz hövzəsində Odessa istiqamətində Rusiya Federasiyası Qara Dəniz Donanmasının dörd böyük desant gəmisi raketli üç katerin müşayiəti ilə hərəkətə həyata keçib”.
Facebook'da Paylaş