“Hraparak”: Ermənilər Azərbaycana qarşı anlaşılmaz, xaotik şəkildə döyüşürdülər

3-11-2021, 15:58

“Hraparak”: Ermənilər Azərbaycana qarşı anlaşılmaz, xaotik şəkildə döyüşürdülər

“Qarabağ müharibəsində məğlub olmağımız digər səbəblərlə yanaşı, əsasən xalqın parçalanmış olması ilə bağlı idi. Xalq deyimi gözəl deyir: “Parçala ki, hökmranlıq edəsən”. Bizim halımızda isə könüllü şəkildə hissələrə parçalandıq və istər-istəməz rəqibin istəyini həyata keçridik”.

Ordum.az xəbər verir ki, bunu Ermənistanın “Hraparak” nəşrində dərc olunan məqalədə müəllif bildirib.

Müəllifin sözlərinə görə, ermənilər Azərbaycana qarşı anlaşılmaz, xaotik şəkildə döyüşürdülər.

“Bu gün erməni tərəfinin vəziyyəti hər cəhətdən noyabrın 9-da olduğundan daha pisdir, çünki o vaxtdan bu günə qədər tərəfimizdən yalnız güzəştlər qeydə alınır ki, bu da təhlükəsizlik mövqelərimizi daha da pisləşdirir”, - deyə məqalədə qeyd olunub.




Facebook'da Paylaş