"Hayeli": Əliyev "İstədiyimiz yerdə dayanacağıq" deyir

20-08-2021, 13:22

"Hayeli": Əliyev "İstədiyimiz yerdə dayanacağıq" deyir

"Hayeli": Əliyev "İstədiyimiz yerdə dayanacağıq" deyə təhdid edir, hakimiyyət isə "kəpənək çəkir"
"Ermənistana ünvanlanmış növbəti təhdidlərdən sonra Azərbaycan Prezidenti İlham Əliyev xanımı, Birinci vitse-prezident Mehriban Əliyeva ilə birlikdə dünən son müharibədən sonra Azərbaycanın nəzarəti altına keçmiş Laçın və Kəlbəcər rayonlarına səfər edib. Rəsmi açıqlamaya görə, İlham Əliyev Laçında inşa edilən beynəlxalq hava limanının, eləcə də Laçından Kəlbəcərə uzanan tunelin təməlqoyma mərasimində iştirak edib".
Bu barədə "Hayeli.am" nəşrində dərc olunan məqalədə qeyd olunub.
Məqalədə qeyd olunur ki, son günlərdə Ermənistan-Azərbaycan sərhədinin bu sektorlarında vəziyyət kəskin şəkildə ağırlaşıb.
"Ötən gün axşam Ermənistan Müdafiə Nazirliyi bildirib ki, Basarkeçər istiqamətində atəşkəs pozulub. İntensiv qarşılıqlı atışma nəticəsində 19 yaşlı sıravi əsgər Arman Hakobyan ölmüşdü. Bundan əvvəl həmin gün sərhədin başqa bir hissəsində, Arazdəyən sektorunda baş verən atışmalar nəticəsində 46 yaşlı baş gizir Vahan Tatosyan ölümcül yaralanmışdı. Bir gündə 2 qurban (hər ikisi ordu daxilində baş verən insident nəticəsində ölüb-red.). Rəsmi İrəvan isə hələ İlham Əliyevin bəyanatlarına belə cavab verməyib", - deyə məqalədə yazılıb.
Müəllif bildirib ki, Ermənistanda hələ də Xarici İşlər naziri yoxdur, Ermənistanın yeni təyin edilmiş Müdafiə naziri isə hələ də ölkənin müdafiəsi məsələsində nə ictimaiyyət qarşısında, nə də beynəlxalq ictimaiyyətə ünvanlanmış bəyanatlarla, şərhlərlə çıxış etməyib.

Alpər Mövludoğlu




Facebook'da Paylaş