“Past”: Hərbi əməliyyatlar zamanı Azərbaycan ən müasir Türkiyə və İsrail silahlarından, xüsusən də PUA-lardan istifadə edirdi

9-10-2021, 11:20

“Past”: Hərbi əməliyyatlar zamanı Azərbaycan ən müasir Türkiyə və İsrail silahlarından, xüsusən də PUA-lardan istifadə edirdi

“Qarabağ müharibəsində erməni tərəfinin məğlubiyyətinin bir çox təbəqəsi və səbəbi var”.

Ordum.az xəbər verir ki, bu barədə Ermənistanın “Past” nəşri yazıb.

Nəşr bildirib ki, lakin çoxlu sayda ekspertlər müharibə zamanı Ermənistanın texnoloji cəhətdən Azərbaycandan geri qalması amilini həlledici hesab edirlər.

“Hərbi əməliyyatlar zamanı Azərbaycan ən müasir Türkiyə və İsrail silahlarından, xüsusən də PUA-lardan istifadə edirdi. Və məhz Qarabağ müharibəsi nəticəsində müharibədən sonra dünyanın bir sıra ölkələri arasında Türkiyə istehsalı olan, Azərbaycanın geniş şəkildə tətbiq etdiyi “Bayraktar TB2” PUA-larına qarşı maraq böyüdü”, - deyə nəşr qeyd edib.




Facebook'da Paylaş