Binəqədidə Zərifə Əliyevanın anadan olmasının 100-cü ildönümünə həsr olunmuş konsert keçirilib

29-04-2023, 09:57

Binəqədidə Zərifə Əliyevanın anadan olmasının 100-cü ildönümünə həsr olunmuş konsert keçirilib
27 aprel 2023-cü il tarixində Binəqədi rayonunda Zərifə Əliyeva adına istirahət parkında Bİnəqədi Rayon İcra Hakimiyyətinin “Space” müstəqil teleradio şirkəti ilə birgə təşkil etdiyi Əməkdar elm xadimi, görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın anadan olmasının 100-cü ildönümünə həsr olunmuş “ZƏRİF ANA” adlı konsert proqramı keçirildi. Tədbirdə Rayon İcra Hakimiyyətinin başçısı Elxan Allahverdiyev, “Space” müstəqil teleradio şirkətinin rəhbəri Vado Korovin, millət vəkilləri-Madər Musayev, Azay Quliyev, Kamaləddin Qafarov, Yeni Azərbaycan Partiyası Binəqədi rayon təkilatının sədri Vüsar İsmayılov, Rayon İcra Hakimiyyəti başçısının müavinləri, Aparatın şöbə müdirləri, əməkdaşları, hüquq mühafizə orqanlarının, təhsil, səhiyyə, mədəniyyət müəssisələrinin rəhbərləri, “Space” müstəqil teleradio şirkətinin məsul əməkdaşları, rayon ictimaiyyəti iştirak edirdilər.
Konsert proqramında görkəmli elm xadimi, Azərbaycan tibb elminə misilsiz xidmətlər göstərən Zərifə xanım Əliyevanın elmi fəaliyyəti, onun xeyriyyəçilik ideyaları, alimin Azərbaycan tibb elminə verdiyi töhfələr haqqında məlumat verildi. Azərbaycanın ən parlaq və tanınmış simalarından olan tibb elmləri doktoru, görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevaya əbədiyaşarlıq qazandıran onun nəcib niyyəti, xeyirxah əməlləri, Vətən naminə gördüyü böyük işlərdən söz açıldı. Zərifə xanım Əliyevanın bütün yüksək keyfiyyətləri ilə əsl Azərbaycan qadınının ideal obrazını yaratdığı vurğulandı. Qayğıkeş ana, müasir, müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, bütün mənalı ömrünü Vətəninin və xalqının tərəqqisinə həsr etmiş dahi şəxsiyyət, ulu öndər Heydər Əliyevin vəfalı ömür-gün yoldaşı, sədaqətli dostu və etibarlı silahdaşı, gözəl bir insan kimi əziz xatirəsinin daim qəlblərdə yaşayacağı qeyd olundu.
Konsert proqramında Azərbaycanın tanınmış sənətçilərinin, əməkdar və xalq artistlərinin ifasında bir-birindən gözəl “ANA” haqqında musiqilər səsləndi.


[center]




Facebook'da Paylaş