Borrell: “Aİ-nin Ukraynaya tədarük etdiyi silah ehtiyatı tükənib”

8-12-2022, 14:02

Borrell: “Aİ-nin Ukraynaya tədarük etdiyi silah ehtiyatı tükənib”

“Avropa İttifaqında (Aİ) Ukraynaya tədarük edilən silah ehtiyatları tükənib”.

Ordum.az TASS-a istinadən xəbər verir ki, bunu Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Jozep Borrell deyib.

Onun sözlərinə görə, buna səbəb Avropa Hərbi-Sənaye Kompleksinin illərdir lazımi maliyyə vəsaiti almamasıdır.

O qeyd edib ki, Aİ ölkələrinin ümumi hərbi xərcləri 2021-ci ildə 6% artaraq 214 milyard avro təşkil edib.




Facebook'da Paylaş