Aİ dezinformasiya ilə mübarizə mexanizmi yaratmağı planlaşdırır

8-03-2022, 16:46

Aİ dezinformasiya ilə mübarizə mexanizmi yaratmağı planlaşdırır

Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Jozep Borrell Aİ-nin dezinformasiya yayanları cəzalandırmaq üçün mexanizm yaratmağı planlaşdırdığını açıqlayıb.

Ordum.az TASS-a istinadən xəbər verir ki, çərşənbə axşamı Avropa Parlamentinin iclasında çıxış edən ali nümayəndə Rusiyanın “Russia Today” telekanalını və “Sputnik” agentliyini Ukraynaya müdaxilə ilə bağlı Rusiya ictimai rəyini manipulyasiya etmək və çaşdırmağa xidmət edən alət kimi çıxış etməkdə ittiham edib.

Onun sözlərinə görə, Moskva nəinki Ukraynadakı hədəflərə zərbələr endirir, həm də rusiyalılara yalan xəbərlər və dezinformasiyalar yayır. “Onlar rusiyalıların beynini bombalayırlar”, - Borrell bildirib.

Aİ diplomatı çıxışı zamanı təklifin vaxtı ilə bağlı başqa təfərrüatları açıqlamayıb.

Aİ nümayəndələrinin fikrincə, təşkilata üzv olan 27 ölkənin hökumətləri bu layihə ilə bağlı razılaşmalı, qanunvericilik aktları hazırlamalı və bu mexanizmin kimə qarşı yönəldiləcəyinin siyahısını razılaşdırmalıdır. Bu




Facebook'da Paylaş