DSX-nin əsgəri özünü güllələyib

3-11-2022, 12:08

DSX-nin əsgəri özünü güllələyib

Dövlət Sərhəd Xidmətinin (DSX) əsgəri özünü güllələyib.

Bu barədə Ordum.az-ın sorğusuna cavab olaraq Baş Prokurorluğun Mətbuat Xidmətindən bildirilib.

Qeyd edilib ki, DSX-nin Sərhəd Qoşunlarının N saylı hissəsinin əsgəri Baxşəliyev Onur Nazim oğlunun istifadəsində olan silahla özünə atəş açması nəticəsində xəsarət yetirməsi faktı ilə bağlı hazırda Lənkəran Hərbi Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci maddəsi ilə cinayət işi başlanılıb.

Hazırda qeyd olunan iş üzrə istintaq davam edir.




Facebook'da Paylaş