ABŞ Tayvana 1,1 milyard dollarlıq silah satacaq

3-09-2022, 09:00

ABŞ Tayvana 1,1 milyard dollarlıq silah satacaq

ABŞ Tayvanla silah satışı və texniki xidmətlər üçün 1,1 milyard dollarlıq üç müqavilə imzalayıb.

Ordum.az xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamenti və Pentaqona daxil olan müvafiq hökumət departamenti məlumat verib.

Departament hökumətlərarası müqavilələr əsasında xaricə hərbi texnika və silahların tədarükünə, ABŞ Silahlı Qüvvələri ilə digər ölkələr arasında əlaqələrin inkişafına, Vaşinqtonun xarici müdafiə tərəfdaşlarına maliyyə və texniki yardımın göstərilməsinə cavabdehdir.

Qeyd olunub ki, 665,4 milyon dollar dəyərində olan ilk müqavilə Tayvanın radiolokasiya stansiyaları üçün avadanlıq və logistik dəstək vermək məqsədi daşıyır. İkinci müqavilə 355 milyon dollara 60 ədəd “AGM-84L Harpoon Block II” gəmi əleyhinə raketlərin və dörd “ATM-84L-1 Harpoon Block II” raketinin, üçüncü müqavilə 85,6 milyon dollara 100 ədəd “AIM-9X Block II Sidewinder” taktiki hava-hava raketlərinin verilməsini nəzərdə tutur.

Milli qanunvericiliyə uyğun olaraq Xarici İşlər Nazirliyi tərəfindən verilən bu sazişlərin həyata keçirilməsi üçün icazə alınıb.




Facebook'da Paylaş