Çexiya Ukraynaya göndərilən texnika əvəzinə "Leopard" tankları alacaq

2-09-2022, 09:30

Çexiya Ukraynaya göndərilən texnika əvəzinə "Leopard" tankları alacaq

Çexiya Ukraynaya göndərilən avadanlıq əvəzinə Almaniyadan tezliklə "Leopard" tankları alacaq.

Ordum.az xəbər verir ki, bu barədə Çexiya televiziyası məlumat yayıb.

Məlumata görə, Bundesverin Çexiya ordusuna 15 "Leopard 2A4" tankı bağışlaması barədə razılığa gəlinib.

Alman tanklarının təhvil verilməsi ilə bağlı saziş hazırdır və hər iki ölkənin müdafiə nazirliklərinin rəhbərləri tərəfindən nəzərdən keçirilir.

Almaniyadan ilk döyüş maşınları ilin sonuna qədər ölkəyə gələ bilər.




Facebook'da Paylaş