Hulusi Akar: "Azərbaycana haqlı mübarizəsində dəstək verməyə davam edəcəyik"

24-08-2022, 19:00

Hulusi Akar: "Azərbaycana haqlı mübarizəsində dəstək verməyə davam edəcəyik"

“Azərbaycan və Liviya başda olmaqla dost, qardaş və müttəfiqlərimizin haqlı mübarizəsinə dəstək verməyə, regional və qlobal sülhə töhfə verməyə davam edəcəyik”.

Ordum.az Türkiyə KİV-ə istinadən xəbər verir ki, bunu ölkənin milli müdafiə naziri Hulusi Akar deyib.

“Silahlı Qüvvələrimiz daxildə və sərhədlərdən kənarda FETÖ, PKK/YPG, İŞİD kimi terror təşkilatlarına qarşı mübarizə aparmaqdadır. Əldə etdiyimiz uğurlarda ən böyük ilham mənbəyimiz şəhid və qazilərimizin fədakarlıqları, millətimizin sevgisi, inamı, duasıdır”, - o bildirib.




Facebook'da Paylaş