İran nüvə sazişinə qayıtmasının şərtlərini açıqlayıb

13-08-2022, 10:00

İran nüvə sazişinə qayıtmasının şərtlərini açıqlayıb

Rəsmi Tehran hesab edir ki, Avropa İttifaqının nüvə sazişinin bərpası ilə bağlı təklif etdiyi sənədin mətni İranın bir sıra sahələrdə tələblərinin nəzərə alınması şərti ilə məqbul ola bilər.

Ordum.az xəbər verir ki, bu barədə İRNA agentliyi iranlı diplomata istinadən məlumat yayıb.

Onun sözlərinə görə, MAQATE-nin fəaliyyəti ilə bağlı siyasi aspektlərdə və sanksiyalarla bağlı Tehrana zəmanətlər verilərsə, İran Aİ-nin təkliflərini qəbul etməyə hazırdır.

O qeyd edib ki, hazırda İran bu təklifləri öyrənir.




Facebook'da Paylaş