Rusiya-Azərbaycan-İran-Pakistan dəmir yolu ilə ticarətin genişləndirilməsi təklif edilir
Rusiya-İran Birgə Ticarət Şurasının sədri Rusiya-Azərbaycan-İran-Pakistan dəmir yolu xətti ilə ticarətin genişləndirilməsini təklif edib.
Ordum.az İran mətbuatına istinadən xəbər verir ki, bu barədə Rusiya-İran Birgə Ticarət Şurasının sədri Vladimir Abedinov İranın Ticarət Palatasının rəhbəri Qulam-Hüseyn Şafei ilə görüşdə deyib.
O, Rusiya və İran arasında ticarət əlaqələrinin genişləndirilməsində maraqlı olduğunu bildirib.
V.Abedinov Rusiyaya qarşı tətbiq edilən sanksiyalarla bağlı məsələyə toxunub və əlavə edib ki, bu hadisələr regionda logistika və tranzit marşrutlarında bəzi dəyişikliklərə səbəb olub.
O vurğulayıb ki, Rusiyanın ticarət əlaqələri sanksiyalar nəticəsində əsaslı təsirə məruz qalıb, bu ticarət əlaqələri yenidən nəzərdən keçirilməlidir, bunu nəzərə alaraq Rusiya regionda yeni nəqliyyat marşutları axtarır.
V.Abedinov İrandakı bəzi mühüm dəmir yolu marşrutlarına diqqət çəkib: “Rəşt-Astara dəmir yolu marşrutunun tamamlanması Rusiyanın ticarət əlaqələrinin genişləndirilməsi üçün çox vacibdir və bununla , Pakistanla Rusiya arasında dəmir yolu xətti yaradıla bilər”.
Rusiya rəsmisi Pakistanla İran arasında marşrutun infrastrukturunun köhnəldiyini və yenidən qurulmasına ehtiyac olduğunu və yenidən qurulduqdan sonra Rusiyanın bu marşrutdan istifadə etməyə hazır olduğunu bildirib.
O, həmçinin Rusiyanın İranın şimal limanları ilə gəmilər vasitəsilə birləşdirilməsinin və yüklərin İranın limanlarına göndərilməsi və gəmilərlə Pakistana daşınması ilə bağlı məsələdən danışıb.
Rusiya rəsmisi qeyd edib ki, bu marşrut çox mürəkkəbdir və buna görə də Rusiyanın dəmir yolu ilə bu xəttin əvəzləyicisini axtarır. Bu dəmir yolu xətti Azərbaycanı, İranı, Pakistanı, Hindistanı əhatə etməlidir.
O bildirib ki, bu dörd ölkənin ticarət palataları İşçi Qrupu yarada bilər və mümkün araşdırmalardan sonra dəmir yolu marşrutlarının tamamlanması, yenilənməsi və möhkəmləndirilməsi ilə bağlı təkliflərini verib hökumətlərinə təqdim edə bilərlər.
Sonra İran Ticarət Palatasının rəhbəri Qulam-Hüseyn Şafei isə regiondakı mövcud vəziyyəti xüsusi adlandırıb və mövcud vəziyyətə uyğun olaraq müvafiq qərar qəbul etməyə çağırıb.
Onun sözlərinə görə, İran və Rusiya arasında liman sahəsində bəzi infrastruktur problemləri olsa da, İran hökuməti regiondakı mövcud vəziyyətə uyğun olaraq tranzit məsələsinə üstünlük verib və hökumət tranzit məsələsini prioritet edib.
Qulam-Hüseyn Şafei əlavə edib ki, İranın dəniz nəqliyyatında problemlərindən biri Ro-Ro tipli gəmilərinin olmamasıdır və bəzi Ro-Ro gəmilərinin alınması üçün danışıqlar aparılır və bu, Xəzər vasitəsilə İran və Rusiya arasında dəniz ticarətinin vəziyyətini yaxşılaşdıra bilər.
İran rəsmisi vurğulayıb ki, İranda hazırda dəmir yolunun sürəti saatda 15-20 kilometr arasındadır ki, bu da yaxşı göstərici deyil və eyni zamanda İran vaqon çatışmazlığı ilə üzləşir ki, Rusiya onun həllinə kömək edə bilər.
Qulam-Hüseyn Şafei deyib ki, İranın israrına baxmayaraq Pakistanda dəmir yolu problemləri həll edilməyib: “İranın dəmir yolu xətti ilə Pakistanın Lahor şəhərinə yükün göndərilməsi 35 gün çəkir".
O, Rusiya rəsmisinin dəmir yolu xətti ilə bağlı İşçi Qrupunun yaradılması təklifini alqışlayıb və bildirib ki, İran Ticarət Palatası yaxın iki ay ərzində İşçi Qrupunu yarada bilər.
Facebook'da Paylaş