İran XİN: "Nüvə danışıqları düzgün istiqamətdə gedir"

28-12-2021, 21:38

İran XİN: "Nüvə danışıqları düzgün istiqamətdə gedir"

"Vyanada nüvə sazişi üzrə danışıqlar düzgün istiqamətdə gedir və Qərb ölkələri xoş niyyət nümayiş etdirsələr, çox yaxın gələcəkdə konsensus əldə oluna bilər".

Ordum.az İRNA xəbər agentliyinə istinadən xəbər verir ki, bu barədə İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan bildirib.

“Komandamızın diqqət mərkəzində olduğu vahid mətni hazırlamaq çox vacibdir. Öz növbəsində, qarşı tərəf fikir ayrılığı yaradan məsələlərə diqqət yetirməlidir”, - iranlı nazir deyib.

Onun sözlərinə görə, Avropa İttifaqı danışıqlarda fəal mövqe tutub.

“Əgər opponentlərimiz eyni yanaşma ilə danışıqları davam etdirsələr, o zaman yaxın gələcəkdə bütün tərəflər üçün məqbul olan razılaşma əldə oluna bilər”, - Abdullahiyan qeyd edib.

Dekabrın 27-də Vyanada İran və “4+1” qrupuna daxil olan ölkələrin iştirakı ilə nüvə sazişi üzrə danışıqların səkkizinci raundu başlayıb.

Vyanada İranla nüvə sazişi üzrə danışıqlar təxminən 9 aya yaxındır ki, davam edi




Facebook'da Paylaş