Ağ Ev İrana qarşı sanksiyaların ləğvi şərtini açıqlayıb

18-12-2021, 09:00

Ağ Ev İrana qarşı sanksiyaların ləğvi şərtini açıqlayıb

İran nüvə proqramı üzrə Birgə Hərtərəfli Fəaliyyət Planına (JCPOA) əməl edəcəyi təqdirdə ABŞ-ın bu ölkəyə tətbiq etdiyi sanksiyaları ləğv edə bilər.

Ordum.az TASS-a istinadən xəbər verir ki, bu barədə Ağ Evin Milli Təhlükəsizlik Şurasının yüksək vəzifəli nümayəndəsi bildirib.

“İranın nüvə sazişinə qayıtması ABŞ-ın sanksiyalarını ləğv etməyin yeganə yoludur", - nümayəndə qeyd edib.

Xatırladaq ki, İranın nüvə sazişi və Vaşinqtonun Tehrana qarşı sanksiyalarının ləğvi üzrə danışıqların 7-ci raundu noyabrın 29-da Vyanada başlayıb




Facebook'da Paylaş