Komutan, təbrik edirəm!

25-06-2022, 18:37

Komutan, təbrik edirəm!

Komutan, təbrik edirəm!
Mənə tərs-tərs baxan XTQ-çi polkovnik bu gün artıq generaldır. Ali Baş Komandan tərəfindən general rütbəsinə ucaldı.
Vətən Müharibəsi Qəhrəmanıdır Zaur Zeynalov. Ultramədəni, təvazökar və ideal səviyyədə dəqiq adam. Özü heç nə danışmır özü barədə. Söhbət zamanı ancaq uşaqları tərifləyir. Birinci görüşdən belə bir cümlə ilə yadımda qaldı: "Çox təlimlərdə, yarışlarda olmuşam tam əminliklə deyirəm ki, bizim uşaqlar (xüsusi təyinatlılar) nəinki dünyanın güclü ölkələrinin xüsusi təyinatlıları ilə ayaqlaşır, hətta onlardan güclüdürlər". Sonra bildim ki, 44 günlük savaşda XTQ-nin azsaylı briqadalarından birinin komandiri olub. Həm də necə. 44 gün kirpiyi ilə od götürən, amma bir misqal belə xətaya, qüsura yol verməyən yüzlərlə xüsusi təyinatlının komandiri olmaq artıq hər şeyi deyir komutan barədə.
Komutan, təbrik edirəm. Var olun!
Sayğılarla: Rasim İsmayılov




Facebook'da Paylaş