Fransa silah təminatını artıracaq

13-06-2022, 17:10

Fransa silah təminatını artıracaq

Fransa Prezidenti Emmanuel Makron 2019-2025-ci illər üzrə hərbi planlaşdırma haqqında qanuna yenidən baxılacağını bildirib. Məqsəd ölkənin silah təminatını artırmaqdır.

Ordum.az “Le Figaro” qəzetinə istinadən xəbər verir ki, Makron bunu Ukraynada cərəyan edən hadisələr fonunda təhdidlərə uyğunlaşmaq zərurəti ilə əlaqələndirib.

Onun sözlərinə görə, Fransa hərbi iqtisadiyyat mərhələsinə qədəm qoyub və uzun müddət bu mərhələni tərk etməyəcək.

Xatırladaq ki, daha əvvəl Makron milli sənaye şirkətlərinin ölkənin maraqlarına uyğun olaraq silah-sursat istehsalını artırmalı olduğunu bildirmişdi.




Facebook'da Paylaş