Müqaviləyə xitam veriləcəkmi?

22-09-2021, 21:50

Müqaviləyə xitam veriləcəkmi?

Fransa Prezidenti Emmanuel Makronla amerikalı həmkarı Co Bayden arasında telefon danışığı olub. Liderlər sualtı gəmilərlə bağlı müqaviləyə xitam verilməsi ilə bağlı vəziyyəti müzakirə ediblər və güvən təmin edən şərait yaratmağa yönəlmiş məsləhətləşmələrə başlamağı qəbul ediblər.
Qeyd edək ki, Avstraliya Fransa ilə 90 milyard Avstraliya dolları (56 milyard avro) dəyərində olan sualtı qayıqlarla bağlı müqavilədən çıxaraq ABŞ və Britaniya ilə AUKUS sazişi imzalayıb. Bu isə Fransanın kəskin etirazına səbəb olub. Nəticədə Paris ABŞ və Avstraliyadakı səfirlərini geri çağırıb. Fransa xarici işlər naziri Jan İv Lö Drian sazişin ləğvini xəyanət olaraq dəyərləndirib və Fransanın kürəyindən vurulduğunu deyib.




Facebook'da Paylaş