Makron: “Fransa Ukraynaya Rusiyanın hərbi cinayətlərinə dair sübutlar axtarmağa kömək edəcək

9-04-2022, 09:20

Makron: “Fransa Ukraynaya Rusiyanın hərbi cinayətlərinə dair sübutlar axtarmağa kömək edəcək

“Fransa jandarmları və müstəntiqləri Rusiya hərbçilərinin Ukrayna ərazisində törətdiyi cinayətlərə dair sübutlar toplayacaqlar”.

Ordum.az xəbər verir ki, bunu Fransa prezidenti Emmanuel Makron “Brut” internet nəşrinə müsahibəsində deyib.

“Cinayətlər təsnif edilməliir və bunu hakimlər edəcək. Ukrayna ədalətinə bu əməlləri qiymətləndirmək üçün kömək etmək lazımdır. Artıq Rusiya əsgərlərinin təqsirli olduğuna dair sübutların toplanması və onların şəxsiyyətinin müəyyən edilməsinə kömək etmək üçün fransız jandarmları və magistratlar göndərilib”, - Makron qeyd edib.

Makron bildirib ki, Rusiya mülki əhaliyə qarşı açıq əməliyyatlar keçirib: “Fransa sülh arxitekturasının yaradılmasını təmin etməlidir. Atəşkəsə nail olmaq və Ukraynanın təhlükəsizliyinin təminatçısı olmaq lazımdır”.




Facebook'da Paylaş