Ordu generalı: “Rusiya-Azərbaycan sərhədinin beynəlxalq qeydiyyatı başa çatmayıb

27-05-2022, 09:51

Ordu generalı: “Rusiya-Azərbaycan sərhədinin beynəlxalq qeydiyyatı başa çatmayıb

Rusiyanın Azərbaycanla sərhədinin beynəlxalq hüquqi qeydiyyatı hələ başa çatdırılmayıb.

Ordum.az xəbər verir ki, bunu Rusiya Federal Təhlükəsizlik Xidməti direktorunun birinci müavini – Sərhəd Xidmətinin rəhbəri, ordu generalı Vladimir Kulişov deyib.

Kulişovun sözlərinə görə, Ukrayna, Qazaxıstan və ABŞ ilə dövlət sərhədinin beynəlxalq hüquqi qeydiyyatı üzrə işlər yekunlaşmayıb.

O, qeyd edib ki, Rusiyanın heç bir qonşu dövlətə ərazi iddiası yoxdur:

“Gürcüstanla dövlət sərhədinin delimitasiyası 91% tamamlanıb. Lakin 2008-ci ildən Gürcüstanın Cənubi Osetiya və Abxaziyanın müstəqilliyi ilə bağlı mövqeyinə görə bu iş dayandırılıb”.




Facebook'da Paylaş