Ukraynaya hərbi yardım göstərən 40 donor ölkənin iclası keçiriləcək

21-05-2022, 08:56

Ukraynaya hərbi yardım göstərən 40 donor ölkənin iclası keçiriləcək

Ukraynaya yeni hərbi yardım üzrə Qərb koordinasiya qrupunun ikinci iclası mayın 23-də onlayn rejimdə keçiriləcək və 40-dan çox ölkədən nümayəndələr iştirak edəcək.

Ordum.az xəbər verir ki, bunu ABŞ Müdafiə Nazirliyinin sözçüsü Con Kirbi bildirib.

O, əlavə edib ki, iştirakçı ölkələrin siyahısı hələ dəqiqləşdirilir, lakin qrupun aprel ayında Almaniyadakı debüt iclasında olduğu kimi 40-dan çox olacaq.

"Say ilə bağlı heç bir məhdudiyyət yoxdur. Mümkün qədər çox iştirakçı görmək istəyirik", - Kirbi deyib.

Kirbi qeyd edib ki, bu məsləhətləşmələr çərçivəsində Ukrayna tərəfi hərbi əməliyyatların gedişi ilə bağlı son məlumatları təqdim edəcək.

Bu qrupun ilk görüşü aprel ayında Almaniyanın Ramşteyn aviabazasında baş tutub.




Facebook'da Paylaş