Pentaqon: "15 ölkə Ukraynaya hərbi yardım edir

8-03-2022, 10:54

Pentaqon: "15 ölkə Ukraynaya hərbi yardım edir

"Hazırda 15 ölkədən Ukraynaya hərbi yardım gəlir".

Ordum.az “İnterfaks”a istinadən xəbər verir ki, bunu jurnalistlərə Pentaqonun mətbuat katibi Con Kirbi bildirib.

O, brifinqdə ABŞ-ın Ukraynaya hərbi təchizat göndərməkdə davam etdiyini təsdiqləyib və əlavə edib ki, daha 14 ölkə belə yardım həyata keçirir.

Kirbinin sözlərinə görə, ABŞ yüklərin Ukrayna hərbçilərinə çatdığından əmindir.




Facebook'da Paylaş