ABŞ və Ukraynanın müdafiə nazirləri hərbi yardımı müzakirə ediblər

13-05-2022, 09:09

ABŞ və Ukraynanın müdafiə nazirləri hərbi yardımı müzakirə ediblər

ABŞ-ın müdafiə naziri Lloyd Ostin ukraynalı həmkarı Aleksey Reznikov ilə Ukraynanın şərqindəki vəziyyəti və Qərbin hərbi yardımının davam etdirilməsini müzakirə edib.

Ordum.az xəbər verir ki, bu barədə Pentaqonun sözçüsü Con Kirbi bildirib.

Telefon danışığı Konqresdə Ukraynaya 40 milyard dollar məbləğində əlavə hərbi, iqtisadi və humanitar yardımın ayrılması təşəbbüsünün müzakirəsi fonunda baş tutub. Nazirlər həmçinin Ukrayna ordusunu silahla təmin edən ölkələrin virtual görüşünə hazırlığı da müzakirə ediblər.

Qeyd edək ki, aprel ayında Amerikanın Almaniyadakı Ramşteyn Hava Bazasında keçirilən debüt görüşü 40 ölkədən nümayəndəni bir araya gətirib.




Facebook'da Paylaş