Moldovanın Dnestryanı bölgəsində 20 müəssisənin minalandığına dair məlumat yayılıb

4-05-2022, 17:11

Moldovanın Dnestryanı bölgəsində 20 müəssisənin minalandığına dair məlumat yayılıb

Moldovanın Dnestryanı bölgəsində 20-yə yaxın binanın minalandığına dair məlumat yayılıb.

Ordum.az TASS-a istinadən xəbər verir ki, bu barədə qondarma Denstryanı Respublikanın “Daxili İşlər Nazirliyi”ndən bildirilib.

Məlumata görə, bölgədəki bir neçə məktəbin, hospitalın, avtodayancağın, şəhər məhkəməsinin və administrasiya binasının minalanmasına dair anonim infomasiya daxil olub.

Bildirilib ki, binalar və ətrafındakı obyektlərin bir hissəsində yoxlama başa çatıb.

Qeyd edilib ki, mart ayında da qondarma respublikanın “dövlət” qurumlarına oxşar anonim məlumatlar daxil olub.




Facebook'da Paylaş