Malidə silahlıların hücumu nəticəsində 25 əsgər ölüb, 33-ü yaralanıb

5-03-2022, 10:00

Malidə silahlıların hücumu nəticəsində 25 əsgər ölüb, 33-ü yaralanıb

Malidə silahlıların hücumu nəticəsində 25-dən çox əsgər ölüb, 33-ü yaralanıb.

Ordum.az “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə Mali ordusu açıqlama yayıb.

Bildirilib ki, hərbçilər 47 silahlını zərərsizləşdiriblər.

Məlumata görə, martın 5-də səhər saatlarında yüzlərlə silahlı 150-yə yaxın əsgər yerləşən hərbi düşərgəyə hücum edib. Bildirilib ki, hücum nəticəsində 40-50 əsgər öldüyünə, 20-dən çox hərbçinin yaralandığına dair məlumat da var. Bundan başqa, hücum edənlər 21 hərbi texnika, o cümlədən tank ələ keçiriblər.

Məlumata görə, bu hadisə Fransanın qoşununu Malidən çıxaracağı haqqında bəyanatından sonra baş verib.




Facebook'da Paylaş