İŞİD İraqda ordu qərargahına hücum edib, 11 hərbçi ölüb

21-01-2022, 12:00

İŞİD İraqda ordu qərargahına hücum edib, 11 hərbçi ölüb

İraqın Diyala əyalətində terrorçu İŞİD qruplaşmasının hücumu nəticəsində 11 hərbçi ölüb.

Ordum.az“RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə İraqın təhlükəsizlik orqanları məlumat verib.

“Yanvarın 21-də səhər saatlarında terrorçu İŞİD qruplaşmasının 10-dan çox silahlısı Diyala əyalətinin şimalındakı Ət-Talia və Umm əl-Karam kəndləri arasında yerləşən ordu qərargahına hücum ediblər. Hücum nəticəsində tabor komandiri baş leytenant olmaqla 11 hərbçisi ölüb”,- məlumatda qeyd olunub.

Diyala əyaləti ölkə paytaxtı Bağdadın şimal-şərqində yerləşir.

Məlumata görə, silahlılar bu il 250-dən artıq hücum həyata keçirib, 387 nəfər bu hücumun qurbanı olub, 500-dən çox insan yaralanıb.




Facebook'da Paylaş