Ukrayna kəşfiyyatı: "Dnestryanı bölgədə hərbi təlimlər başlayıb

28-04-2022, 12:55

Ukrayna kəşfiyyatı: "Dnestryanı bölgədə hərbi təlimlər başlayıb

Moldovanın Dnestryanı bölgəsində hərbi təlimlər başlayıb.

Ordum.az “RBK Ukraina”ya istinadən xəbər verir ki, bu barədə Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsi məlumat yayıb.

Bildirilib ki, yaşı 55-ə qədər olan kişilərə bu barədə məktub göndərilib. Çağırışçılara hər birinə 2800 rubl vəd verilib.

Kəşfiyyat məlumatında çağırışın məcburi xarakter daşıdığı vurğulanıb.

Xatırladaq ki, Moldova Prezidenti Mayya Sandu Dnestryanıdakı təxribatlar fonunda ordunun lazımi təkmilləşdirilməsi və gücləndirilməsi barədə məlumat vermişdi.




Facebook'da Paylaş